04:50
(077) 610-22-33

Hökumət və müxalifət tərəfdarları mitinq keçirdi FOTOLAR

  • >
1 066 1 Aprel 2013 14:54 | Region

Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində "Gürcü Arzusu" Partiyasının yerli təşkilatının ofisi qarşısında mitinq keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mitinqdə partiyanın üzvləri və ətraf kəndlərin sakinləri iştirak edib.

Aksiyada çıxış edən "Gürcü Arzusu"nun nümayəndələri İvanişvili hökumətini dəstəklədiklərini, son aylarda həyata keçirilən tədbirlər nəticəsində oğurluğun və evlərə basqınların azaldığını qeyd ediblər. Çıxışçılar əhalini aprelin 19-də Vahid Milli Hərəkat Partiyasının Tiflisdə keçirməyi planlaşdırdığı kütləvi aksiyada iştirak etməməyə çağırıblar. "Gürcü Arzusu"nun üzvləri həqiqi demokratiyanın indi yarandığını və polisin əhali ilə bir olduğunu, azadlıq və demokratiyanı rəhbər tutan yeni hökumətin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif planlar həyata keçirəcəyini bildiriblər.

Bu gün Marneuli şəhərindəki parkda daha bir mitinq keçirilib. Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının tərəfdarları yeni təyin olunan Marneuli rayon icra başçısının təyinatına etirazlarını ifadə ediblər.

AzNews.az
Bağla X