21:22
(077) 610-22-33

Moskva polisi azərbaycanlıların evlərinə hücum etdi

  • >
172 25 Noyabr 2013 19:39 | Region

Rusiya paytaxtında miqrantlara qarşı həyata keçirilən tədbirlərə biri də əlavə olunub. AzNews.az -ın əməkdaşı Rusiya paytaxtından xəbər verir ki, "Xlebnikov", "Pakrov" və "Vıxino" bazarları bağlandıqdan sonra bu ərazidə yaşayan azərbaycanlıların vəziyyəti xüsusilə ağırlaşıb. Həmyerlilərimizin əsasən bu ərazidə yaşadığını nəzərə alsaq, polisin inzibati tədbirlərini məhz soydaşlarımıza təsirsiz ötüşmədiyini söyləmək olar.
Məlumata görə, paytaxtın Petrovski-Razumovski rayonunun Zarya küçəsində polis artıq miqrantların evində axtarış aparmağa başlayıb. Kütləvi şəkildə aparılan axtarışlarda həmin evlərdə yaşayan miqrantlar polis bölmələrinə aparılır. Sənədlərin yoxlanması adı altında aparılan axtarışlarda əsas məqsəd miqrasiya qanunvericiliyinə əməl edilməsi vəziyyətinin araşdırlması deyil, miqrantlardan pul toplanmasıdır.
Belə ki, soydaşlarımız aparıldıqları polis idarəsində onlardan pul alındığını və ancaq bundan sonra sərbəst buraxıldıqlarını bildirblər. Eyni zamanda qeyd olunub ki, bu, soydaşlarımızın kütləvi yaşadığı ərazilərdə daha çox müşahidə olunur.

Azər
AzNews.az
Bağla X