09:15
(077) 610-22-33

15 min abonent qazsız qaldı

  • >
1 006 3 Dekabr 2013 19:21 | Region

Bu gün Tbilisidə şəhər qaz kəmərində baş vermiş qəza nəticəsində 15 min abonent qazsız qalıb.
Tbilisi Fövqəladə Hallar Xidmətindən Trend-ə verilən məlumata görə, qaz kəmərində qəza güclü küləyinin ağacı yıxması nəticəsində olub.
Yekunda qaz güclü təzyiq altında çıxmağa başlayıb. Zərər görmüş qaz kəmərinin yanındakı uşaq bağçasındakı uşaqlar və əməkdaşlar təcili olaraq təxliyyə edilib.
Qəza xidməti əməkdaşları hadisə yerinə gəlsə də, qazın verilişinin nə vaxt bərpa ediləcəyi hələlik bilinmir.
Qeyd edək ki, bu gün Tbilisidə hava kəskin soyuyub və temperatur +15 dərəcədən 0-dək enib.
Qasırğa, eyni zamanda, Gürcüstanın qərbində içərisində türkiyəli turistlərin olduğu sərnişin avtobusuna da ziyan vurub. Belə ki, Rikoti aşırımında avtobusun üzərinə yarım tonluq qaya düşüb, nəticədə iki türkiyəli turist xəsarət alıb.
Sinoptiklər isə axşamadək küləyin sürətinin azalacağını vəd edirlər. Lakin əlverişsiz hava şəraiti dekabrın 5-dək davam edəcək.


AzNews.az
Bağla X