- Köhnə - Region
- 16 Yanvar 2014 13:25
- 4 275
Bülənt Ərsoy pərəstişkarına sillə vurdu
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Nişantaşı istiqamətində baş verib.
Osman Ateş adlı saç ustası Bülənt Ərsoyu küçədə görüb və mobil telefonla fotosunu çəkib. Bunu görən sənətçi əsəbiləşib və ona sillə vurub. Hirsi soyumayan "diva" Osmanı ağır təhqirlərə məruz qoyub. O. Ateş başına gələnləri yerli televiziya proqramlarından birində danışıb:
"İki gündür, yata bilmirəm. Onlarla insanın gözü qarşısında məni, ailəmi təhqir etdi. Kreditini tam ödəmədiyim mobil telefonumu qırdılar. Məhkəməyə müraciət edəcəyəm. Hadisəni görənlər var, hətta bir nəfər şahidlik edəcəyinə söz verdi. Mənə dedilər ki, verilişə çıxma, sonra sənə problem yaradarlar. Amma qulaq asmadım".
B. Ərsoyun yaxın dostu, müğənni Dəmət Akalın isə Tvitter sosial şəbəkəsində həmkarına dəstək olub:
"İcazəsiz foto çəkənlərə nifrət edirəm. Bülənt xanım dünən bir nəfəri sillələyib, çox yaxşı edib. Belələrinə bu da azdır".
AzNews.az