15:33
(077) 610-22-33

Keçmiş mer prezident ola bilər

  • >
342 22 Avqust 2012 12:50 | Region

“Çiçəklənən Ermənistan” və “Erməni Milli Konqresi” Karapetyanı dəstəkləyəcək



Ermənistanda prezident seçkiləri qabağı gərginlik və namizəd axtarışı davam edir. Bir çox şəxslər bu cür informasiyalarla artıq bir il öncədən KİV-lər vasitəsiylə ictimai rəy yoxlamaları aparırlar. Bununla həm cəmiyyətin həm də ictimaiyyətin fikri öyrənilir.


Bu dəfə Ermənistanın "Qraparak" qəzeti yazıb ki, keçmiş İrəvan Meri və "Qazprombank"-ın birinci vitse-prezidenti Karen Karapetyan 2013-cü il seçkilərində öz namizədliyini irəli sürə bilər. Qəzetin yazdığına görə, onun birinci posta namizədlik məsələsi yüksək çevrələrdə geniş müzakirə obyektidir. Qəzet həmçinin daha da qabağa gedərək iddia edib ki, o, prezidentliyə yeganə namizəd ola bilər və qısa zamanda bir neçə siyasi güc onun ətrafında birləşə bilər. Hətta daxili konsensusun yaranma ehtimalı da nəzərdən keçirilib. Ehtimal edilir ki, iki siyasi güc-"Çiçəklənən Ermənistan" partiyası və müxalif "Erməni milli Konqresi" Karapetyanın ətrafında birləşə bilərlər.

Bununla belə, onu yüksək dərəcədə ehtiyatlı siyasətçi kimi xarakterizə edən ekspertlər iddia edirlər ki, " o, məcbur olduğu halda bu addıma gedə bilər, çünki "Karapetyan mer seçilərkən demişdi ki, o siyasətçi yox, sadəcə bir menecerdir". O, ki qaldı " bu qədər ehtiyatlı olan şəxsin məcbur olmaq məsələsinə" -qəzet bu fikrini onun Rusiyada təsir dairəsinin geniş olması və Kremldə onu namizəd görə biləcəkləri ilə izah edir.

Qeyd edək ki, Karapetyan 28 oktyabr 2011-ci ildə mer vəzifəsindən istefa verib. İstefanın səbəbləri isə hələ də açıqlanmır.

Sadiq

AzNews.az

Bağla X