09:30
(077) 610-22-33

Yeni hökumətdə vəzifə veriləcək tatarların adları açıqlandı- Krımda

  • >
1 314 19 Mart 2014 10:41 | Region

Rusiya tərəfindən ilhaq edilən Krım Muxtar Respublikasının baş nazirinin müavini Rüstəm Temirqalıyev yeni hökumətində yüksək vəzifə tutacaq soydaşları - türklər (tatar) haqda məlumat verib.

AzNews.az-ın məlumatına görə, Rusiyanın "Life News" televiziya kanalına müsahibə verən Rüstəm Temirqalıyev bildirib ki, Krımın yeni hökumətində təmsil olunan tatarlar Krım Tatar Xalq Məclisinin təqdimatı ilə bu posta təyin olunacaqlar: "Artıq Krım Respublikasının rəhbərliyi ilə Krım Tatar Xalq Məclisi arasında bununla bağlı ümumi razılıq əldə olunub".

O, hakimiyyətdə təmsil olunacaq Krım türklərinin adlarını da açıqlayıb: "Krım Tatar Xalq Məclisinin qurultayının üzvü, respublikanın Ali Sovetinin deputatı Rəmzi İlyasov Krım parlamentinin sədr müavini, baş nazirin müavini isə həmin məclisin üzvü Zaur Smirnov təyin ediləcək".

Məhəmməd
AzNews.az
Bağla X