02:09
(077) 610-22-33

Ukraynadakı rus separatçılarının lideri Moskvada

  • >
564 11 Aprel 2014 09:00 | Region

Ukraynanın Luqansk vilayətində rusiyameylilli separatçılara rəhbərlik edən Moskvaya gedib.

AzNews.az-ın məlumatına görə, separatçıların liderlərindən olan Aleksey Mozqovoy Moskva səfəri zamanı artıq radikal rus millətçisi Vladimir Jirinovski və Dövlət Dumasında "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Sergey Mironov və digər deputatlarla görüşüb. Mozqavoy Rusiya rəhbərliyindən Luqanskdakı ruslara kömək edilməsini istəyib.

Rusiya mediasına açıqlma verən A. Mozqavoy deyib ki, Moskvadan mənəvi dəstəklə geri dönür. O, Rusiya prezidenti Vladimir Putinlə görüşə bilməməsinə təəssüf hissi keçirdiyini də söyləyib. A.Mozqavoy Rusiya mediası vasitəsilə V. Putinə müraciət edərək, məsələyə siyasi kontekstdə yanaşmamağı, vicdanının səsinə qulaq asaraq, Ukraynanın şərq vilayətlərindəki rusdilli əhalini dəstəkləməyə çağırıb.

AzNews.az
Bağla X