11:21
(077) 610-22-33

İranın Fars əyalətində güclü zəlzələ

  • >
361 6 Sentyabr 2012 08:09 | Region

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur



Bu gün səhər saatlarında İranın Fars əyalətində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın İran televiziyasının rəsmi xəbər saytı olan iribnews-a istinadən verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 08:18-də baş verdiyini bildirib. Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

AzNews.az
Bağla X