11:37
(077) 610-22-33

Liviya hadisələri İranda təkrarlana bilər

  • >
582 13 Sentyabr 2012 10:35 | Region

İsveçrənin Tehrandaki səfirliyi qarşısıanda etiraz aksiyası keçiriləcək. Səbəb Misir və Liviyada qanlı hadisələrə səbəb olan "Xəyanət" filminə etiraz bildirməkdir. Bu barədə məlumatı İranın İslami İrşad və Mədəniyyət naziri Məhəmməd Hüseyni bildirib.

Nazir islam peyğəmbərinə yönəlik təhqirlərin yer aldığı filmin istehsalını və yayımlanmasını kəskin tənqid edib. Belə bir filmin istehsalında Ağ Ev rəhbərliyini günahlandıran rəsmi Tehran Misir və Liviyadakı hadisələri baş verən olaya reaksiya adlandırıb.

Etiraz aksiyasının İsveçrə səfirliyi qarşısında keçirilməsinə səbəb isə ABŞ-ın İrandakı mənafeyinin məhz bu ölkənin səfirliyi tərəfindən qorunmasıdır. 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinə hücumdan sonra Ağ Ev bu ölkədə səfirliyinin fəaliyyətini bərpa etməyib.

Alpər
AzNews.az
Bağla X