- Köhnə - Region
- 14 Sentyabr 2012 16:00
- 3 354
Ermənilər Moskvada Azərbaycan əleyhinə şüarlar səsləndirdilər
Rusiyada Səfərovun ekstradisiyasına etiraz keçirilib
Bu gün Rusiya erməniləri Moskvada Ramil Səfərovun Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçiriblər. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, aksiya sakit şəraitdə keçib.
Ümumrusiya Erməniləri Təşkilatı tərəfindən təşkil olunan aksiyaya digər erməni cəmiyyətləri də qoşulub. Onlar Macarıstan və Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.
Sadiq
AzNews.az