06:35
(077) 610-22-33

Əhmədinejat CNN-də “İslamın Məsumluğu” filmindən danışdı

  • >
310 25 Sentyabr 2012 09:08 | Region

“Müqəddəsləri təhqir etməyin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur”



Nyu-Yorkda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejat ABŞ-ın CNN telekanalına müsahibə verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, "İslamın Məsumluğu" filmi ilə bağlı suala cavab verərkən İran prezidenti bildirib ki, ümumiyyətlə o və onun ölkəsi insanların dini hisslərinə toxunan, təxribata təşviq edən filmlərin, şəkillərin əleyhinədir.

O, həmçinin istənilən növ ekstremizmin əleyhinə olduqları da vurğulayıb. "Quranı və müqəddəs peyğəmbəri təhqir etmək çox çirkin əməldir və bu cür filmlərin yayımlanmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur". O, həmçinin qeyd edib ki, elə bir gün gələcək siyasətçilər digərlərinin müqəddəs saydıqları insanları təhqir etməyəcəklər.

Sadiq Musa
AzNews.az
Bağla X