- Köhnə - Region
- 10 Oktyabr 2015 23:24
- 4 194
Davudoğludan Ankaradakı partlayış barədə - Açıqlama
AzNews.az Apa-ya istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı partlayışın təşkilində İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyasının şübhəli olduğu barədə açıqlama verib.
"Bu cür terror aktı törətmək üçün potensiala yalnız İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyası malikdirlər. Araşdırmalar davam edir", deyə Əhməd Davudoğlu bildirib.