13:32
(077) 610-22-33

Səudiyyə Ərəbistanından İran və Türkiyəyə - Cavab

  • >
1 880 13 Oktyabr 2015 23:40 | Region

"Məkkəni siyasi bir paytaxta çevirmək istəyirlər. Siyasi oyunlar oynamaq üçün insanların kədərlərindən istifadə etmək lazım deyil.”


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu sözləri Məkkə əmiri şahzadə Türki əl Faysal həcc mərasiminin təşkilində digər dövlətlərin iştirakı məsələsinə münasibət bildirərkən deyib.

Türki əl Faysal Səudi bildirib ki, həccin təşkilində digər dövlətlər iştirak edə bilməz.

Bu il həccdə ard-arda baş verən faciələrdən sonra mərasimin təşkilində Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə yanaşı digər ölkələrində təşkilatçılıq etməsi məsələsi gündəmə gəlmişdi.

Bir çox dövlətlər həcc mərasimlərinin onlara verilməsi üçün Səudiyyə Ərəbistanına müraciət etdilər. Bununla bağlı, xüsusən, İran və Türkiyə çıxış edib. Belə ki, prezident Ərdoğan məsələyə nöqtə qoyanadək Türkiyənin İranla həmfikir olduğunu deyib.

Bəzi ölkələr isə faciələrin baş verməsində Kral ailəsini günahlandırdılar. Kral ailəsini ən çox tənqid edən ölkələr arasında İranla yanaşı, Pakistan , Nigeriya və İndoneziya da var. Onlar da təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanının heç bir tədbir görməməsindən şikayətçidirlər.

Bu ilki həcc mövsümü faciəli hadisələrlə yadda qaldı. İlk Məkkə şəhərindəki Məscidi Həramda kranın aşması nəticəsində baş verdi. Hadisə nəticəsində 100 dən çox zəvvar dünyasını dəyişdi. Xəsarət alanların sayının 238 olduğu bildirilirdi.

Digər böyük insan təlafatı ilə nəticələnən hadisə isə Mina dağındakı izdiham zamanı baş verdi. Hadisə nəticəsində 700 nəfərdən çox zəvvar hayatını itirdi.

Amma bəzi dövlətlər bu rəqəmlərlə razılaşmadılar. İran Mina dağında baş verən faciədə 4 min 700 nəfərin öldüyünü deyib. Xəsarət alanlar isə 934 nəfərdən çox olub. Amma Səudiyyə höküməti bu İranın məsələni siyasiləşdirməkdə ittiham edərək, İran tərəfinin açıqladığı rəqəmlərin qərəazli olduğunu bildirdi. Xoşbəxtlikdən hadisələr nəticəsində azərbaycanlı zəvvarlardan heç biri həyatını itirməyib.


Mina dağında baş verən faciədən sonra
Bağla X