07:47
(077) 610-22-33

Haqqında ən çox mənfi xəbər yayılan şou-biznes nümayəndələri

  • >
5 842 6 Avqust 2016 21:45 | Şou-biznes

Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini təqdim edir.


2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər – bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər – icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər - "Mövsümün sevilən aktrisası" nominasiyası üzrə təltif olunması) məxsusdur.

Saytlarda xəbər sayına görə sıralama:

İlhamə Quliyeva 653 xəbər
Röya Ayxan 538 xəbər
Flora Kərimova 399 xəbər
Elza Seyidcahan 391 xəbər
Zülfiyyə Xanbabayeva 382 xəbər
Tarix Əliyev 330 xəbər
Tünzalə Ağayeva 314 xəbər
Aygün Kazımova 313 xəbər
Brilliant Dadaşova 301 xəbər
Natəvan Həbibi 291 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər - "Mövsümün sevilən aktrisası" nominasiyası üzrə təltif olunması) məxsusdur.

Qəzet və jurnallarda xəbər sayına görə sıralama:

Tünzalə Ağayeva 32 xəbər
Flora Kərimova 19 xəbər
İlhamə Quliyeva 19 xəbər
Zülfiyyə Xanbabayeva 13 xəbər
Röya Ayxan 13 xəbər
Elza Seyidcahan 11 xəbər
Alim Qasımov 11 xəbər
Faiq Ağayev 11 xəbər
Gülyanaq Məmmmədova 11 xəbər
Aygün Kazımova 10 xəbər

İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib.

Televiziya kanallarında xəbər sayına görə sıralama:

Əlikram Bayramov 5 xəbər
İlhamə Quliyeva 5 xəbər
Elariz Məmmədoğlu 4 xəbər
Rüfət Axundov 4 xəbər
Kərim Abbasov 4 xəbər
Rəhim Rəhimli 3 xəbər
Ədalət Şükürov 3 xəbər
Cavanşir Məmmədov 3 xəbər
Gülay Qədirova 3 xəbər
Nadir Qafarzadə 3 xəbər

Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Bağla X