Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan konsertə hazırlaşır. Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan konsertə hazırlaşır.

Elza konsertə hazırlaşır - “Təbiətin fəsilləri qonağım olacaq”

Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan konsertə hazırlaşır.


Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Onun sözlərinə görə, konsert oktyabr ayında və Yaşıl Teatrda baş tutacaq. Konsertin adı isə belə olacaq: Elzanın təbiəti - mən küləyin gəliniyəm.

"Konsert yeniliklərlə və heyranedici nömrələrlə zəngin olacaq. Gecədə ancaq öz musiqilərimi ifa edəcəyəm", - deyə müğənni qeyd edib.

E.Seyidcahan konsertdəki qonaqlarının kimliyini də açıqlayıb: "Elzanın təbiətinin fəsilləri qonağım olacaq. İnanıram ki, tamaşaçılar heyran qalacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az