04:42
(077) 610-22-33

Azərbaycanda fəxri ad üçün yaşayan müğənni

  • >
844 7 Dekabr 2012 12:35 | Şou-biznes

Əməkdar artist Elza Seyidcahan həmkarlarının Türkiyə şou-biznesinə qatılmasına sevindiyini deyib. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, onun özünə də çoxdan Türkiyədən əməkdaşlıqla bağlı təkliflər gəlib: "Maşallah, alqışlayıram, uğurlar arzulayıram! Hamısı fəxrimizdir, əziyyət çəkirlər".

E.Seyidcahan Türkiyə şou-biznesinə qatılmamağının səbəbini də açıqlayıb: "Oğlum əsgərliyə gedən ərəfədə Türkiyədən təkliflər var idi. Filmə çəkilirdim. Övladıma görə, Azərbaycana gəldim. Həm də fəxri ad almamışdım. İndi Bakıdayam, yeni vəzifəyə təyin olunmuşam.

"Muz Tv" internet televiziyasının musiqi departamentinin rəhbəriyəm. Uzaqdan uzağa əməkdaşlığımı edəcəyəm. Mən elə bir işdə olaram ki, həmin işdə yüksək qonorar olsun. Necə ki, öz sənətçilərinə yüksək qonorar verirlər. Biz hal-hazırda xoşbəxtik, amma xoşbəxtliyi başqa yerdə axtarırıq".

Fuad Mədətov
AzNews.az
Bağla X