05:50
(077) 610-22-33

““Mama Roza”lıq edib restoran müdirlərinə…”-ŞOK

  • >
676 5 Fevral 2013 13:57 | Şou-biznes

Azərbaycanı həmişəlik tərk edən prodüserin bu fikirləri şou-biznesi alt-üst edəcək



Avropa prodüseri kimi tanınan Sultan Musatafayev sənətindən imtina edərək Azərbaycanı həmişəlik tərk edir. Prodüser AzNews.az müxbirinin elektron poçtuna açıq məktub göndərək qeyd etdiyimiz məsləylə bağlı açıqlama verib. O, məktubda şou-biznesin daha qaranlıq tərəflərinə də toxunaraq, sərt iddialarla çıxış edib.

S.Mustafayevin məktubunu təqdim edirik:

"Mən Sultan Mustafayev 12 ildir ki, şou-biznes aləmindəyəm. Məni bu sənətə gətirən amil heç vaxt nə pul, nə şan, nə də şöhrət idi. Sadəcə, həmişə istədiyim bir şey olub ki, Avropada Azərbaycan mədəniyyətini təbliğ edim və düzgün işləyib, düzgün istiqamətdə inkişafa yönəldim. Bu 12 il ərzində gündəmdə qalsam, sevilib seçilsəm belə bu gün-06.02.2012 tarixdə özümə söz verdim ki, birdəfəlik bu çirkab şou-biznesi tərk edib və daha bu sənətə son nöqtəmi qoyum.

Bunun səbəbi isə odur ki, bəzi müğənnilər və prodüserlər kimi "mama rozalıq" edib, hansısa restoran müdirinə kimisə düzəltməyi bacarmadım. Hər hansı bir iş adamının arxasında gizlənmədim. Bəziləri kimi Dubaya gedib özümü satmadım və bəziləri kimi ifrat dərəcəsində yalanlar danışıb gündəmdə qalmadım.

İnşallah, bu gün Azərbaycanı həmişəlik tərk edirəm və bir daha da geri qayıtmayacağam. Çünki sənətə, düzgünlüyə dəyər verilməlidir. Şou-biznes tamamilə çirkabxana, zibilxana və şər bazarıdır.

Həmişə sənətimlə "nömrə bir" olmuşam. İstəmirəm bundan sonra nə adıma ləkə gəlsin, nə də sənətimə. Ona görə Avropaya gedirəm. Sakitcə orada yaşayacağam.

Bu günə qədər mənə mənəvi dəstək olduğum insanlara haqqımı halal edirəm. Amma sənət adamlarına heç birinə haqqımı halal etmirəm!

Hörmətlə Sultan Mustafayev".

Qeyd edək ki, S.Mustafayevin sonuncu işlərindən biri və yadda qalanı müğənni Röya Ayxanın Amsterdamdakı solo konsertinin təşkil etməsi olub.

Fuad Mədətov
AzNews.az

Bağla X