20:49
(077) 610-22-33

Aygün Kazımovanın qardaşının istintaqı yekunlaşıb

  • >
377 8 Fevral 2013 16:17 | Şou-biznes

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Əsgəroğlu-K" MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı çıxış etmək üçün vaxt istədiyindən proses fevralın 14-dək təxirə salınıb.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

K. Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

AzNews.az
Bağla X