“Heç bir zaman oğul övladımın olmasını istəmirəm”. “Heç bir zaman oğul övladımın olmasını istəmirəm”.

14 il övladı olmayan müğənnimiz: “Oğlum olmasını istəmirəm”

“Heç bir zaman oğul övladımın olmasını istəmirəm”.

AzNews.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Bahar Lətifqızı deyib: “Bəzən zarafata deyirəm ki, oğul övladım olsun. Amma yox. Mənlik deyil. Bilirsiniz ki, 14 il övladım olmayıb. Bəzən də məni qınayırlar ki, bu niyə 2-3 dəfə ərə gedib? Övladım olmadığına görə bir neçə dəfə ailə qurmuşam ki, övladım olsun. 1-ci övladımdan sonra yoldaşımla aramda problem oldu, alınmadı, ayrıldıq. Amma ikinci övladımın atası ilə bir yerdəyik, çox xoşbəxtik. Heç bir zaman oğlumun olmasını arzu etməmişəm. O gözəl Allaha nə arzu etmişəmsə, hamısını mənə verib. 6 yaşımda arzu edirdim ki, xanəndə olum, tamaçaçılar məni alqışlasın. Şükürlər olsun ki, arzuma çatdım”.