05:58
(077) 610-22-33

“Mən doğrudan da mat qaldım” - Siyavuş Kərimi

  • >
512 5 Mart 2013 12:42 | Şou-biznes

Xalq artisti İlhamə Quliyeva, Nazpəri Dostəliyeva və Məleykə Əsədova arasında gedən "müharibədə" gündəmə daha bir məşhurun adı qoşuldu. Musiqiçi, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi...

İlhamə Quliyeva iddia edir ki, N.Dostəliyeva rektor Siyavuş Kəriminin sayəsində tanınıb. N.Dostəliyeva isə məktubunda S.Kərimiyə böyük hörməti olduğunu desə də bu iddia ilə razılaşmır.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi AzNews.az-a açıqlamasında adı gedən xanımların birdən-birə onu "yad" etməsini təəccüb hissi ilə qarşıladı: "Mən doğrudan da mat qaldım. Bu nədir? Adımın bu qalmaqalda nəyə görə hallanmasını deyə bilmərəm. Maraqlıdır, onlar niyə birdən-birə məni yadlarına salıb? Mən musiqiçiyəm. Bir yerdə işləmişik. Bəlkə ona görə məni "yad" ediblər? Mən qalmaqalın tam əleyhinəyəm. Bu gərək olmasın. Bizə yaraşmaz".

Bahar Rüstəmli
AzNews.az

Bağla X