"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Faytonçu Nazim maraqlı açıqlamalar verib. "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Faytonçu Nazim maraqlı açıqlamalar verib.

Teymur əmi kimi hər yerə dəflə gedəcək

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Faytonçu Nazim maraqlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, müğənni, ilk olaraq, hər yerə əlində dəf gedəcəyi məsələsindən danışıb:

"Teymur əmi kimi mən də hər yerə dəflə gedəcəm. Bu musiqi aləti mənim çox xoşuma gəlir. Çünki qeyri-adi səsi var. Düşünürəm ki, hər bir müğənninin evində, studiyasında milli musiqi alətlərimiz olmalıdır".

Sənətçi daha sonra "oxuyançıların" onların yerini tutduğunu söyləyib:

"Bu gün mənim sevə-sevə dinlədiyim elə müğənnilər var ki, onlar efirlərdə az-az görünürlər. Xalq artisti Brilliant Dadaşovanın mahnılarını çox sevirəm, ancaq onu uzun müddətdir efirlərdə görmürəm. Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Eyyub Yaqubov kimi sənətçilər efirlərə çıxmırlar. Həmin sənətçiləri efirlərdə görməyəndə və onların yerini "oxuyançılar" tutanda heyifslənirəm, deyirəm ki, niyə sənətkarlarımız efirlərdə yoxdur? Bilmirəm nə baş verir? Niyə bu cür müğənnilərimiz qala-qala, digər oxuyanlar kütlə qarşsına daha çox çıxıb, daha çox bəyənilirlər".

Nazim bəzi müğənnilərin naz etmədiyini, sadəcə əhval-ruhiyyə ilə yaşadığını deyib, onları müdafiə etdi:

"Əslində, yaradıcı insan naz etmir. Yaradıcı insanın bütün yaşamı onun halı ilə bağlıdır. Bu gün əhval-ruhiyyəm yaxşıdırsa, şadlanıram, oynamaq istəyirəm, əylənmək istəyirəm. Görüsən ki, məclisin ortasında hansısa müğənninin əhvalı pisləşdi, dostlarını da orda qoyub, minib avtomobilinə çıxıb getdi".

Nazimin yeni mahnısı hələlik işıq üzü görməsə də, müğənni yeni ifasını eksklüziv olaraq "Şou məkan"a təqdim edib:

"Yeni mahnı "Məni axtarma" adlanır. Sözləri Sabir Abdinovun, musiqisi isə Nadir Əzimovundur. Aranjimanı Tural edib. Pərvin Hüseynoğlu akkardionda ifa edib. Vokal dəstəyi isə Esmira Rzayeva verib".

Nazim əməkdar artist Almaz Ələsgərli ilə birlikdə yaxın zamanlarda Avropaya səfərlərinin olacağını da açıqladı:

"İnşallah, yol üstdəyik. Əməkdar artist Almaz Ələsgərli və "Abşeron" instrumental qrupunun rəhbəri Malik Paşayevlə birlikdə Novruz şənliklərində iştirak etmək üçün İsveçə səfər edəcəyik. Azərbaycanın İsveçdəki səfirliyinin dəvəti və Rəhim Sadıqbəylinin təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholma gedəcəyik. Almaniyaya da dəvət var. Ora isə Azərbaycan Qadınlar Cəmiyətinin istəyilə səfər edəcəyik".

Son olaraq isə ifaçının dəstək olduğu, yeni işbiliyinə girdiyi xanımla bağlı fikirlərini bölüşməklə süjetimizi yekunlaşdırırıq: "Günay adında gənc bir xanımla əməkdaşlığım başlayıb. Artıq bir müddətdir bizim studiyaya gəlib-gedir. Yeni bir layihəmiz də Günayla bağlı olacaq. Onun üçün yeni mahnı, klip ərsəyə gətirmək fikrindəyik".