Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziyası -2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib. Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziyası -2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Azərbaycanın “Uşaq Avroviziyası - 2018”də təmsilçisi açıqlandı

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziyası -2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

AzNews.az xəbər verir ki, tədbirə şirkətin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı qatılıbb.

Leyla Quliyeva bildirib ki, ölkəmiz bu il noyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı Fidan Hüseynovadır. O qeyd edib ki, Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qırmızı kitabı”na salınıb, Prezident təqaüdünə layiq görülüb.

2017-ci ildə İtaliyanın “Testene Art Baku” Beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb.

Onun Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsinin ilk təmsilçisi olan Elnur Hüseynov ilə dueti də lentə alınıb. Eyni zamanda fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvəti ilə səhnəyə çıxaraq “Je suis malade” adlı mahnını ifa edib.

Bir neçə xarici dil bilən təmsilçimiz, 4 yaşından rəsm və şahmatla məşğul olur. Ötən il o, ölkə üzrə keçirilən şahmat yarışında birincilik qazanıb.

Təmsilçimizin “Uşaq Avroviziyası - 2018” mahnı müsabiqəsində ifa edəcəyi mahnı hələlik məlum deyil. Yaxın zamanlarda təmsilçimizin ifa edəcəyi mahnı ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Konfransın sonunda Fidan Hüseynova Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i səsləndirib.

Qeyd edək ki, mahnı müsabiqəsində 19 ölkənin təmsilçiləri birincilik uğrunda mübarizə aparacaq. Yarışmanın 15 min tamaşaçı tutumuna malik olan “Minsk Arena”da reallaşacağı gözlənilir.

Səidə Nurməmmədli,
AzNews.az