19:11
(077) 610-22-33

Aygün Kazımova: “Müqavilənin şərtlərini pozmuşam“

  • >
867 1 İyun 2013 10:21 | Şou-biznes

Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi Snup Dogun (Snoop Dogg) birgə layihəsində problem yaranıb.

Axşam.az-ın məlumatına görə, bununla bağlı Aygün Kazımova mətbuata açıqlama verib:

"Əzizlərim,

Snup Dogla nəinki 6 iyun stadion çıxışımız, hətta Avropa turnemiz də böyük sual altındadır. Çünki mən çox ciddi şəkildə müqavilənin şərtlərini pozmuşam.

1) Birgə şəklimizi Azərbaycan mediasına çıxarmışam

2) Mahnının adını açıqlamışam

3) 6 iyulda olacaq ilk çıxışımızın gününü açıqlamışam

4) Avropa turnemizə çıxacağımızı söyləmişəm.

Ona görə də indi menecerlər arasında mübahisə xarakterli danışıqlar gedir. Layihəmizin bugünkü durumu belədir ki, klip artıq hazırdır. Mahnıların remiks versiyaları da hazırdır. Onları dünyada və Avropada çox tanınımşı Dj hazırlayıb. Albomun isə son hazırlıqları aparılır. Bütün nəticələr barəsində sizə mətbuat xidmətim xəbər verəcək".

AzNews.az
Bağla X