21:13
(077) 610-22-33

Əli Mirəliyev: “Müğənnilərimiz Türkiyədə qab-qacaq yuyur”

  • >
1 833 9 Avqust 2012 15:46 | Şou-biznes

“Səsyazma studiyalarında ayının da səsini dəyişmək olar”


Azərbaycan şou-biznesində adı qalmaqal xəbərləri ilə yanaşı çəkilən müğənni Əli Mirəliyev AzNews.az-a maraqlı açıqlama verib. Ə.Mirəliyev bildirib ki, müğənnilərimiz xarici ölkələrə gedib barlarda, mehmanxanalarda çalışırlar. Türkiyə şou-biznesinə üz tutan müğənnilərdən danışan Əli Mirəliyev bildirdi ki, bu gün səsi olmayan müğənni oxumaq üçün asan olan türk mahnılarını seçir. Çünki Azərbaycan xalq mahnılarını, estrada janrında olan mahnıları oxumaq çox çətindir.

"Bu gün səsyazma studiyalarında ayının da səsini dəyişmək olar"-deyən Ə.Mirəliyev bunları bildirdi: "Ayı nə vaxtın müğənnisi olub? Bizim səsi olmayan müğənnilərimiz Türkiyəyə oxumağa getmirlər, qab-qacaq yumağa gedirlər ki, pul qazansınlar. Təəssüf ki, müğənnilərimiz xarici ölkələrdə Azərbaycan musiqisini təmsil edə bilmirlər".


Mirvari

AzNews.az

Bağla X