02:09
(077) 610-22-33

Azərbaycanlı ilə nişanlanan məşhur rus müğənni “ilin ən yaxşısı“ oldu

  • >
2 091 27 Avqust 2014 14:05 | Şou-biznes

Çərşənbə axşamı Almaniyanın musiqi universitetində Echo-Klassik-in klassik musiqisi sahəsində ən nüfuzlu mükafatın laureatlarını elan edib.


Anspress-in məlumatına görə, 22 kateqoriya üzrə 45 ifaçı mükafata layiq görülüb. İlin ən yaxşı müğənnisi adına rusiyalı opera ifaçısı Anna Netrebko layiq görülüb. Mükafatların təqdim etmə mərasimi isə bu il oktyabr ayının 26-ı Münxendə keçiriləcək. Anna Netrebko-Rusiya opera müğənnisidir, Rusiyanın xalq artistidir, Kubani Əməyinin Qəhrəmanı və Mirinski teatrının solistidir. İfaçı 2007-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısına daxil olub, 2011-ci ildə Forbes jurnalının versiyasına əsasən incəsənətdə dünyaca tanınmış Rusiya xadimlərinə başçılıq edib. Echo-Klassik mükafatına isə bundan öncə də 2004 və 2005-ciillərdə iki dəfə laiq görülüb.

Qeyd edək ki, 42 yaşlı Anna ötən günlərdə 34 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov nişanlanıb. Anna Netrebko bildirib ki, bu ilin mart ayında Yusif ona evlilik təklifi edib. Cütlüyün nişanları barədə isə iyul ayında məlumatlar yayılmağa başlayıb.

AzNews.az
Bağla X