16:24
(077) 610-22-33

“Nazpəri Dostəliyeva İlhamə Quliyevaya yenə pul verəcək” – SƏBƏB

  • >
2 995 3 Aprel 2015 09:49 | Şou-biznes

“Xalq artisti Nazpəri Dostəliyeva ilə xalq artisti İlhamə Quliyevanın arasında gedən məhkəmə qalmaqalı bu həftə yekunlaşa bilər”.



Bu barədə AzNews.az-a İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.

Onun sözlərinə görə, N.Dostəliyeva bu həftə həmkarı İlhamə Quliyevaya məhkəmə cəriməsini tam ödəyəcəyinə dair söz verib:
"Mən icraçı ilə danışdım. O, mənə bildirdi ki, Nazpəri xanım bu həftə məhkəmənin ona kəsdiyi cərimənin daha 20 min manatını tam ödəyəcək. Bilirsiniz ki, məhkəmə Nazpəri xanıma 25 min manat cərimə kəsib. Onun 5 min manatı bir müddət öncə İlhamə xanımın hesabına köçürülüb".

N.Dostəliyevanın İlhamə xanımdan necə üzr istəyəcəyinə gəlincə isə vəkil qeyd edib ki, o proses 25 min manat tam ödəniləndən sonra olacaq: "Məhkəmənin qərarı var, üzr istənilməlidir".

Qeyd edək ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmə son qoyub. Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.

AzNews.az
Bağla X