- Köhnə - Siyasət
- 8 Avqust 2016 15:35
- 5 814
Putin Azərbaycana gəldi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayblar.
Azərtac