05:37
(077) 610-22-33

Piketin dekabrın 10-na təyin edilməsinin SƏBƏBİ

  • >
852 1 Dekabr 2012 12:52 | Siyasət

“Həftəsonu parlament işləmir”



"Piketin dekabrın 10-na təyin edilməsi İnsan Haqları Günü ilə əlaqədardır. Həmin gün də həftənin ilk gününə düşür". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
O, aksiyanın həftəsonu keçirilməməsinin səbəbini həmin günlər parlamentin işləməməsi ilə əlaqələndirib: "Həftəsonu parlament işləmir. Ona görə də təyin etdiyimiz gün bizim üçün daha əlverişlidir. Piketin keçirilməsinə səbəb Milli Məclisin bir neçə qanuna dəyişiklik etməsidir. Həmin dəyişiklik sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır".

G.Aslanlının sözlərinə görə, şəhər rəhbərliyi icazə verməsə belə, piket keçiriləcək: "Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişik. Müsbət cavab almasaq da, piketi keçirəcəyik. Qərarımız qətidir".

İlkin
AzNews.az
Bağla X