20:47
(077) 610-22-33

“Həyatla oyun” universitetlərdə

  • >
360 3 Dekabr 2012 09:58 | Siyasət

Bakı Uşaq Teatrı Dövlət Pedaqoji Universitetdə, Azərbaycan Dövlət İqtisad Universitetində, Xarici Dillər Universitetində "Həyatla oyun" tamaşası ilə çıxış edib. Qeyd edək ki, tamaşa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Tamaşa ilk əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub.

Tamaşadan əvvəl universitetin Təlim tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev, Tələbə gənclər təşkilatının sədri Mahmud Möhbalıyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanov və Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri İntiqam Soltan çıxış edərək tamaşanın nümayişinin hər hansı bir narkomanı müalicə etmək deyil, gəncləri narkomaniya haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyasını daşıdığını bildirdi. O, gənclərin narkomaniya və onun fəsadları haqqında maariflənmələrinin nə qədər vacib olduğunu diqqətə çatdırdı.

Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramov çıxış edərək bu cür tədbiri keçirdikləri üçün Gənclər və İdman Nazirliyinə və Bakı Uşaq Teatrına öz təşəkkürlərini bildirdi.
Onu da bildirək ki, "Həyatla oyun" Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sifarişi qələmə alınıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X