18:01
(077) 610-22-33

Elza Seyidcahana vəzifə verildi

  • >
987 3 Dekabr 2012 11:02 | Siyasət

Əməkdar artist Elza Seyidcahan vəzifəyə təyin olunub. Bu barədə Lent.az-a müğənninin özü məlumat verib. "Bu yaxınlarda mən MUZ-TV telekanalının musiqi şöbəsinin rəhbəri vəzifəsini təklif etdilər. Təklifi qəbul edəndə bildirdim ki, mən ilk növbədə bəstəkarlar ittifaqının üzvüyəm, daha sonra müğənniyəm.

Buna görə də mən daimi orada ola bilmərəm. Çünki tez-tez digər kanallara və tədbirlərə, məclislərə dəvət alıram. Amma çox sağ olsunlar ki, məni anladılar və ortaq məxrəcə gələ bildik. Rəhbərlikdən mənə söylədilər ki, sizi anlayırıq. Sadəcə vaxtınız olanda, bizə işlərimizdə yardımçı olun. Beləcə razılığa gəldik " - deyə Seyidcahan bildirib.

AzNews.az
Bağla X