21:09
(077) 610-22-33

Türk səfirini təhqir edən diplomatı siyasətdən atdılar

  • >
1 979 5 Dekabr 2012 13:05 | Siyasət

Türkiyənin Təl-Əvivdəki səfirini alçaq kresloda oturdaraq iki ölkə arasında qalmaqala səbəb olan İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bu dəfə partiyası tərəfindən namizədlər siyahısına salınmayıb.

3 il əvvəl Danni Ayalon Türkiyənin İsraildəki səfiri Oğuz Çelikolu təhqir etmək məqsədilə alçaq kresloda oturtmuşdu. Həmin hadisədən sonra tənqidlərə məruz qalan Ayalon bu dəfə Evimiz İsrail Partiyası tərəfindən yanvar ayında keçiriləcək parlament seçkilərində namizədlik siyahısına salınmayıb.

Ayalon partiya sədri Aviqdor Libermanın bu qərarını özünün "facebook" səhifəsindən bildirib: "Bu gün Evimiz İsrail Partiyasının sədri Aviqdor Libermandan qarşıdakı seçkilərdə namizədlik siyahısına salınmadığıma dair bildiriş aldım".

Ayalon səlahiyyət müddətinin bitməsinə qədər fəaliyyətini can-başla davam etdirəcəyini deyib. İsrailin "Arutz Sheva" qəzeti isə Libermanın bu qərarının alçaq kreslo böhranı ilə bağlı olduğunu bildirib.

Tərlan
AzNews.az
Bağla X