06:03
(077) 610-22-33

Millət vəkili Ronald Kobiaya cavab verdi

  • >
526 6 Dekabr 2012 20:54 | Siyasət

“Ölkə prezidentinin belə bəyanatlara ehtiyacı da yoxdur”



Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia jurnalistlərə verdiyi açıqlamasında bildirmişdi ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin şansları daha böyükdür.

R.Kobianın bu açıqlaması ölkə ictimaiyyətində böyük rezonans doğurdu.
Avropalı nümayəndənin dediklərinə cavab olaraq millət vəkili Fərəc Quliyev bildirib ki, səfirin ifadələri doğru deyil: "Bu, üstüörtülü də olsa, dəstək verməkdir. Roland Kobia bunu beynəlxalq təşkilatın adından verilən bəyanat kimi deyil, şəxsi fikri olaraq desəydi daha doğru olardı. Qarşıdan seçkilər gəlir. Orada iştirak edən namizədlərə münasibət bərabər olmalıdır. Hesab edirəm ki, əvvəlcədən hansısa təşkilatların dəstək bəyanatı verməsi, ictimai rəyin formalaşdırılması doğru deyil. Düşünürəm ki, ölkə prezidentinin belə bəyanatlara ehtiyacı da yoxdur"

İlkin
AzNews.az
Bağla X