04:40
(077) 610-22-33

AŞPA həmməruzəçilərindən son həbslərə etiraz

  • >
260 8 Fevral 2013 10:22 | Siyasət

Onlar Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatlıqlarını ifadə ediblər





AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono dinc aksiya iştirakçılarının saxlanması və onlara hökm oxunmasından, müxalifətdə olan siyasətçilərin həbsindən narahatlıqlarını ifadə ediblər.

APA-nın məlumatına görə, bu barədə həmməruzəçilərin bəyanatında bildirilib. Həmməruzəçilər qeyd ediblər ki, onlara yanvarın 26-da Bakıda, daha sonra isə İsmayıllıda keçirilən aksiyalarda 80-ə yaxın nümayişçinin saxlandığını barədə məlumat daxil olub.

"Azərbaycan hakimiyyətini aksiyalarda saxlanan şəxslərin və fəalların işlərinə yenidən baxmağa çağırırıq", - deyə həmməruzəçilər bildiriblər.

Həmməruzəçilər İlqar Məmmədov və Tofiq Yaqublunun da həbsindən narahatlıq keçirdiklərini bildiriblər: "Azərbaycan hakimiyyətini bu müxalif siyasətçilərin azadlığa buraxılması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq".

AzNews.az
Bağla X