08:48
(077) 610-22-33

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

  • >
1 494 29 May 2017 15:01 | Siyasət

İran prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Azərbaycanın müstəqilliyinin ildönümünü münasibətilə Sizi, dövlətinizi və ölkənizin xalqını səmimi qəlbdən təbrik edirəm.

İki ölkə arasında güclü potensial, eləcə də iki xalqı bir-birinə bağlayan tarixi, mədəni və dini bağlar var. Əməkdaşlığın günbəgün artırılması və qarşılıqlı mənafe uğrunda əlaqələrin inkişafı üçün misilsiz şərait mövcuddur.

Əminəm ki, iki ölkənin əlaqələrində önəmli addımlar ata biləcəyik. Əlaqələrimizin daha da inkişaf edəcəyinə böyük ümidlər var.

Allah Təaladan Sizə sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqına isə başıucalıq və inkişaf arzulayıram".

Bağla X