10:03
(077) 610-22-33

İsa Qəmbərlə Eldar Namazov arasında seçki anlaşması

  • >
304 13 Fevral 2013 10:53 | Siyasət

Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Ziyalılar Forumunun həmsədri Eldar Namazov prezidentliyə namizəd məsələsində razılığa gəliblər. Bununla bağlı məlumatı Müsavat Partiyasının üzvü, həmçinin İctimai Palata və Ziyalılar Forumunda təmsil olunan Zəfər Quliyev Teleqraf.com-a müsahibəsində verib.

Z.Quliyev bildirib ki, Eldar Namazovla İsa Qəmbərin öz aralarında əldə etdikləri razılaşma var: "Mən bildiyim qədər bu iki siyasətçi görüşüb və seçkilər məsələsini müzakirə ediblər. Bu zaman ümumi razılığa gəliblər ki, seçki şəraitindən asılı olaraq Eldar Namazov İsa Qəmbəri dəstəkləməyə hazır olacaq. Yox əgər İsa Qəmbər Eldar Namazovun şanslarını üstün görsə, Eldar Namazovun namizədliyini dəstəkləyə bilər. Yəni bu məsələ seçki situasiyasından və vəziyyətdən bilavasitə asılı olacaq. Mən bildiyim qədər seçkilər və seçkidə iştirakla bağlı belə bir real və praqmatik yanaşma var".

Gültəkin
AzNews.az
Bağla X