Bakıda 160 saylı marşrut avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bakıda 160 saylı marşrut avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bakıda avtobusu 120 ilə sürürlər -VİDEO

Bakıda 160 saylı marşrut avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.



Bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, sürücü avtobus ilə müəyyən olunmuş sürət həddini aşıb və hava limanına gedən yolda nəqliyyat vasitəsini saatda 130 km sürətlə idarə edib.

"Avtobus üçüncü zolaqda saatda 80 kilomerdən çox sürətlə hərəkət etməməlidir. Ötməyə də icazə verilmir", - o qeyd edib.

Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, şəhərdaxili sərnişin avtobusların hava limanı trasında saatda 90 km sürətdən artıq sürətlə hərəkət etmələrinə icazə verilmir. Onlar hərəkət istiqamətinin sağ tərəfindəki zolaqla hərəkət etməlidirlər. İkinci zolağa keçmək üçün onlara icazə verilir, lakin üçüncü zolağa keçmək qadağan edilir.



AzNews.az