12:05
(077) 610-22-33

“İsa Qəmbər qanunu pozmayıb” - AÇIQLAMA

  • >
403 14 Fevral 2013 16:06 | Siyasət

“Müsavat başqanı namizədliyini rəsmi qaydada irəli sürməyib”



"İctimai Palatada seçki qərargahlarının yaradılması bir neçə aya baş tutacaq. Hazırda seçki qərargahlarının yaradılması ilə bağlı iş aparılmır. Çünki İP-də namizəd məsələsi hələ həll edilməyib".

Bunu AzNews.az-a açıqlamasında İctimai Palata Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. KŞ üzvü qeyd edib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər namizədliyini irəli sürüb. Ona görə də seçkiyə hazırlıq Müsavat Partiyasında gedir:
"Gələcəkdə namizəd məsələsi yekunlaşdıqdan sonra İP-seçki qərargahları yaradılacaq. Hələlik bu barədə iş aparılmır".

İsa Qəmbərin namizədliyini irəli sürülməsində qanun pozuntusu olub olmadığına gəlincə, V.Mirkamal deyib ki, İsa Qəmbər hüquqi baxımdan heç bir qanunu pozmayıb. Çünki İsa Qəmbər namizədliyini rəsmi qaydada irəli sürməyib: "İsa bəy namizədliyini irəli sürmək barədə niyyəti olduğunu deyib. Həm də o heç bir təbliğat işi aparmır. Buna görə də bu məsələdə hüquqi pozuntu yoxdur".

İlkin
AzNews.az

Bağla X