Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib. Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.

Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.

AzNews.az xəbər verir ki, virtualaz.org “aysor.am” erməni hökumətyönümlü saytına istinadən bildirib ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - o bildirib.