12:01
(077) 610-22-33

“İsa Qəmbərlə Əli Kərimlinin seçkiyə baxışı fərqlidir”

  • >
260 20 Fevral 2013 10:08 | Siyasət

“İndi seçkiyə qatılmağı erkən hesab edirik”





"Əli Kərimli təkcə İctimai Palatanın deyil, bütövlükdə cəmiyyətin demokratik kəsimlərinin bir araya gəlməsinə çalışır. Əli bəyin fikri bundan ibarətdir ki, seçkidə cəmiyyətin daha böyük demokratik qüvvələri iştirak etsin".

Bunu AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini Gözəl Bayramlı deyib. O, qeyd edib ki, AXCP müxalifət partiyalarından ibarət koalisiyanın yaradılmasının tərəfdarıdır:

"Hesab edirik ki, bu istiqamətdə imkanlar səfərbər olunmayıb. Qələbə qazanmaq üçün seçkiyə getmək mövqeyimiz qalmaqdadır. Amma indi seçkiyə qatılmağı erkən hesab edirik. Müxalifət seçkiyə bir yerdə getsə, qələbə şansı daha çox olar".

Partiya funksionerinin sözlərinə görə, İsa bəyin seçkiyə hazırlığı onun şəxsi işidir:

"Biz buna da hörmətlə yanaşırıq. Kimsənin də seçkiyə hazırlıq hüququ əlindən alınmayıb. İsa Qəmbərin də, Əli Kərimlinin də seçkiyə baxışı fərqlidir. Biz öz mövqeyimizdə qalırıq".

İlkin
AzNews.az
Bağla X