- Köhnə - Siyasət
- 9 Oktyabr 2017 19:36
- 5 422
Milli Məclisin deputatları Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Nizami Cəfərov və Rauf Əliyev Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
Deputatlar bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar.
Səfər oktyabrın 17-də başa çatacaq.