Bu barədə Xarici İşlər Nazirliyi rəsmisi Mahmud Məmmədquliyev məlumat verib. Bu barədə Xarici İşlər Nazirliyi rəsmisi Mahmud Məmmədquliyev məlumat verib.

Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair iclas dekabrda keçiriləcək

Bu barədə Xarici İşlər Nazirliyi rəsmisi Mahmud Məmmədquliyev məlumat verib.

"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir”.

AzNews.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, artıq 3 alt komitənin iclası keçirilib: “Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq Komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq".