21:45
(077) 610-22-33

Ərdoğanın bir cümləsi dünyanı qarışdırdı

  • >
247 1 Mart 2013 18:34 | Siyasət

Amerika və İsrail hökuməti Türkiyəni “topa tutdu”



Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın Sionizmi insanlığa qarşı cinayət kimi qələmə verməsi Amerika Birləşmiş Ştatlarının narazılığına səbəb olub.

Amerika rəsmiləri, yeni teyin edilmiş Dövlət Katibi Conn Kerrinin cümə günü Türkiyəyə başlayan səfəri zamani bu məsələni Türkiyə rəsmiləri qarşısında qaldıracaqlarını deyirlər. Rəsmilər, Türkiyə Baş nazirinin şərhinin "xüsusilə təhqiramiz" olduğunu ve ikitərəfli münasibətlər üzərində "aşındırıcı –həddindən artıq təsir" buraxacağını vurğulayıblar.

İsrail Baş naziri Binyamin Netanyahu da Rəcəb Tayyib Ərdoğanın çıxışını pisləyərək, onun "qaranlıq və uydurma" olduğunu söyləyib.

BMT-nin Baş Katibi Ban Gi-moon isə öz növbəsində Türkiyə Baş nazirinin dediklərində təəssüfləndiyini, onun şərhini "xətərli və ziddiyyət doğuran" adlandırıb.

Xatırladaq ki, Ərdoğan çərşənbə günü Viyanada keçirilən Birləşmiş Millətlər Cəmiyyətinin forumunda islamafobiyanı "sionizm, Anti-semitizm və faşizm kimi" insanlığa qarşı cinayət hesab etmək lazım olduğunu bildirmişdi.

Şamxal Əbilov
AzNews.az

Bağla X