21:49
(077) 610-22-33

Nizami Süleymanov: “Siyasət mənimçün arxada qaldı”

  • >
179 5 Mart 2013 13:09 | Siyasət

“60 yaşına çatandan sonra insan istər-istəməz bir çox şeyləri gənclərə təhvil verməlidir”




"Bu gün artıq mən siyasətdə deyiləm. Çünki indi yaşımın elə bir dövrüdür ki, buna ehtiyac yoxdur. O zaman gənc idik və siyasətdə olmağı lazım bilirdim"

Bunu AzNews.az-a hazırda siyasi fəaliyyət göstərməyən Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov deyib. O qeyd edib ki, Azərbaycan müharibə şəraitində və vəziyyət ağır olanda hər bir adam öz missiyasını dərk etməlidir:

"Müharibə şəraitində olan Azərbaycanda vəziyyət də çox ağır idi. Belə bir zamanda istər alim, istərsə də istənilən bir vətəndaş Azərbaycanın müdafiəsi naminə vətəndaş mövqeyini ortaya qoymağa məcbur idi. Biz də bir vətəndaş kimi siyasətlə də, elmlə də, ziyalı hərəkatı ilə də məşğul olurduq. Amma indi o dövr mənim üçün bitib, arxada qaldı".

N.Süleymanova görə, insan 60 yaşa çatanda bir çox şeylərlə vidalaşmalıdır: "Hesab edirəm ki, insan 60 yaşına çatandan sonra istər-istəməz bir çox şeyləri gənclərə təhvil verməlidir. Elm isə yeganə şeydir ki, onu ömrünün sonuna kimi daha da zənginləşdirə və daha çox xeyir verə bilirsən. Siyasətlə məşğul olmaq üçün isə maşallah kifayət qədər cavanlarımız var və bu gün yetərincə bu sahədə yetişmiş gənclərimizin olduğunu da görürük".

Gültəkin
AzNews.az




Bağla X