Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir. Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir.

MDB missiyası Bakıya bu tarixdə gələcək - Seçkiyə görə

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir.

Bu barədə Trend-ə təşkilatdan məlumat verilib.

Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Seçkiqabağı təşviqat kampaniyası martın 19-u başlayıb aprelin 10-u saat 08:00-da başa çatacaq.

AzNews.az