Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib. Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul etdi

Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

AzNews.az xəbər verir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini parlamentə təqdim edib.

Qeyd edək ki, Braziliyanın “Odebrecht” tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub. 77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlmişdi. (APA)