İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İran lideri Azərbaycan prezidentini təbrik etdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

Livan Respublikasının prezidenti general Mişel Aun, Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar-Kitaroviç və Qabon Respublikasının prezidenti Əli Bonqo Ondimba da Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik ediblər.