“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətinin göstəricisidir. Azərbaycan xalqı bu filmdə təhqir olunur. Şəxsi ambisiyalarını milli maraqlardan üstün tutmaqla öz xalqını aşağılamaq yolverilməzdir. “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətinin göstəricisidir. Azərbaycan xalqı bu filmdə təhqir olunur. Şəxsi ambisiyalarını milli maraqlardan üstün tutmaqla öz xalqını aşağılamaq yolverilməzdir.

“Öz xalqını aşağılamaq yolverilməzdir”

“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətinin göstəricisidir. Azərbaycan xalqı bu filmdə təhqir olunur. Şəxsi ambisiyalarını milli maraqlardan üstün tutmaqla öz xalqını aşağılamaq yolverilməzdir.

Bədnam filmə kəskin etirazını bildirən İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu AZƏRTAC-a açıqlamasında deyib ki, bu filmdə Azərbaycan xalqının adət-ənənələri təhrif olunur, milli dəyərlərimizə ləkə salınır. Rüstəm İbrahimbəyovun alicənab, sülhsevər kimi təqdim etdiyi ermənilər Xocalı soyqırımını törətməklə nəyə qadir olduqlarını dünyaya göstəriblər. Əgər Rüstəm İbrahimbəyov daha dərinə getmək istəyirsə, XX əsrin əvvəllərində erməni silahlılarının Qars, İğdır, Ərdəhan, Van, Ağrı, Muş, Ərzurumda törətdikləri soyqırımlarını xatırlaya bilər.

“Biz, Türkiyədə yaşayan azərbaycanlılar Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməlini kəskin şəkildə qınayırıq. O, bundan sonra heç bir halda bu bədnam əməlinin ləkəsini üzərindən təmizləyə bilməz. Əslində o, hər zaman ermənilərin dəyirmanına su töküb. Bu filmlə isə aşkar xəyanət yolu tutub”.

AzNews.az