Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işini davam etdirir. Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işini davam etdirir.

Fərid Şahbazlı xaricdəki anti-azərbaycançı şəbəkəni ifşa etdi - ATƏT toplantısında

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işini davam etdirir.

AzNews.az xəbər verir ki, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Növbəti müzakirələr “Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti” mövzusunda baş tutub.

Toplantıda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün hökumət tərəfindən geniş imkanlar yaradılıb. O, qeyd edib ki, burada xaricdə yaşayan ani-azərbaycançı qüvvələr tərəfindən Azərbaycanın ünvanına səslənən ittihamlar qərəzlidir və reallığı əks etdirmir: “Azərbaycanda QHT-lərin fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır. Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Sadəcə QHT qanunvericiliyinin dəyişilməsindən narahat olanlar indi əvvəl olduğu kimi çirkli pullarını QHT adı altında yuya bilməyən dairələrdir. Onlar indi qanunsuz əməllərini həyata keçirə bilmədikləri üçün narahatdılar”.

Fərid Şahbazlı eyni zamanda Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində də heç bir problemin olmadığını bildirib. O qeyd edib ki, indiyədək müxalifətin mitinqlərin keçirilməsi üçün bütün müraciətlərinə müsbət cavab verilib: “Mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanda media və sadə vətəndaşlar istənilən mövzuda hökuməti sərt tənqid edirlər və tənqidə görə Azərbaycanda heç kim cəzalandırılmayıb.

İGİB sədri sonda toplantıda iştirak edən bəzi ölkə nümayəndələri və siyasi fəallara müraciət edərək Azərbaycana qarşı münasibətdə qərəzli münasibətə son qoymağa çağırıb.

AzNews.az