“Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”. “Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”.

İlham Əliyevin son səfəri cənub bölgəsinə hansı töhfələr verdi?

“Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”.

Prezident İlham Əliyev bu fikirləri sentyabrın 18-də Masallı və Biləsuvar rayonlarına səfəri zamanı söylədi. Azərbaycanın hər bir rayonunda abadlıq- quruculuq işlərinin aparıldığını, rayonların inkişafına böyük sərmayə qoyulduğunu vurğulayan dövlət başçısı bildirdi ki, görülən işlər ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əlbəttə, son 15 ildə regional inkişaf proqramlarının icrası və nəticələrini hər kəs görür. Əvvəllər inkişaf, infrastruktur, güclü sənaye obyektləri deyəndə əsasən partaxt Bakı nəzərdə tutulurdusa, indi Azərbaycanın bütün regionları barədə belə düşünməyə əsas var. Çünki artıq bütün bölgələrimiz güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb, eləcə də cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaradıb.

Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan İlham Əliyev hər il ənənəvi olaraq bölgələrə səfərlər edərək verdiyi tapşırıqların icrası ilə yerində tanış olur, əhali ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanır. Vacib məqamlarla bağlı öz tapşırıq və tövsiyələrini verən dövlət başçısı səfər başa çatdıqdan sonra tamamlanmayan və ya zəruri hesab edilən məsələlərin həll edilməsi ilə bağlı müvafiq fərman və sərəncamlar verir. Həmin məsələlərin də tez bir müddətdə həllini tapması üçün Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır.

  • Bakıdan Astaraya olan məsafə 40 kilometr qısalıb

Prezidentin hər hansı bir rayona səfəri həm də orada yeni obyektlərin, müəssisələrin, mədəni mərkəzlərin və ya yeni salınan yolların açılışı deməkdir. Necə ki, biz bunu dövlət başçısının Masallı və Biləsuvar rayonlarına səfəri zamanı da gördük. Belə ki, Prezident sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışını etdi. Mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Bu da o deməkdir ki, dünya standartlarına cavab verən, rahat, təhlükəsiz olan bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişdirilib. Əvvəlki yol isə Biləsuvar şəhərinin içərisindən keçdiyindən şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4-dür.

Həmçinin Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışı oldu. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılmışdı. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir.

Dövlət başçısı cənub bölgəsinə səfəri çərçivəsində ölkə əhəmiyyətli Bakı-Astara yolunun da açılışını etdi. Dünya Eyni zamanda, Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verildi. 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib.

  • Prezident İlham Əliyev yolun açılışından sonra çıxış edərək dedi:

“Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək. Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub. Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər - bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun…”.

  • Bu il 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub

Bu faktlar ölkəmizdə yol tikintisinin geniş vüsət almasının göstəricisidir. Təkcə bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də davam edir.

Prezident kimi Biləsuvar rayonuna altıncı dəfə səfər edən İlham Əliyev əvvəlki səfərləri zamanı da biz bir çox sosial, iqtisadi obyektlərin açılışında iştirak edib. Olimpiya İdman Mərkəzindən tutmuş, məktəb binalarına qədər bir çox obyektlər istifadəyə verilib.

İlham Əliyev cənub bölgəsinə səfəri zamanı eyni zamanda Masallı Sənaye Məhəlləsinin , “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin, Biləsuvarda Bayraq Muzeyinin və Gənclər Evinin açılışında da iştirak elədi.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir və ölkəmiz dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.

Elgün MƏNSİMOV
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description