02:06
(077) 610-22-33

Fəzail Ağamalı İbrahimbəyovdan danışdı

  • >
286 6 May 2013 16:14 | Siyasət

“Rüstəm İbrahimbəyov Rusiyanın sözçüsüdür”


"Milli Şuranın yaradılması üçün Azərbaycanda heç bir sosial sifariş yoxdur. Milli Şura yaransa belə, İctimai Palata kimi fiaskoya uğrayan növbəti müxalif qurumlardan biri kimi tarixdə öz yerini alacaq. Çünki nə İctimai Palata, nə də Milli Şura cəmiyyətin bütün kəsimlərini özündə birləşdirə bilməyib".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Milli Şuranın təşəbbüskarı olan Rüstəm İbrahimbəyov Rusiyanın sözçüsüdür: "Rüstəm İbrahimbəyov Azərbaycanda bir sıra istəkləri təmin olunmadıqdan sonra müxalifliyə və Azərbaycan hakimiyyəti əleyhinə danışmağa başladı. İndi də Kremlin təsiri və nəzarəti ilə Azərbaycanda Milli Şura adı altında qurum yaratmaq və bu yolla hakimiyyətə təsir etmək istəyir".

Deputatın sözlərinə görə, Rusiyanın sifarişi ilə yaradılan hansısa qurum heç bir halda Azərbaycan hakimiyyətinə təsir edə bilməz: "Azərbaycan hakimiyyətinin arxasında Azərbaycan xalqı dayanıb. Xalq Azərbaycan prezidenti İlham Əliyevə etimad göstərir, onun ətrafında birləşir. Ona görə də Milli Şura və s. qurumların bu ölkədə təsiri olmayacaq. Onların heç bir sosial bazası olmadığı üçün də prezident seçkilərində heç bir ciddi təsirə malik olmayacaqlar".

F.Ağamalı deyib ki, Milli Şura adı altında birləşmək istəyən şəxslərin hamısı bir-birini məhv etməyə hazır insanlardır: "Milli Şurada Rüstəm İbrahimbəyovdan başqa Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov təmsil olunur. Bu adamların üçü də bir-birini məhv etməyə hazır, bir-birinə heç vaxt güzəştə getməyəcək adamlardı. Nə Əli Kərimli İsa Qəmbərə, nə İsa Qəmbər Əli Kərimliyə, nə də Eldar digər ikisinə hakimiyyətə gəlmək məsələsində güzəştə gedən deyillər. İndi onlar elə bilirlər ki, Milli Şura yaratmaq hamısının maraqlarını təmin edir, ancaq əmin olsunlar ki, Milli Şura da bundan əvvəllər yaratdıqları qurumlar, birliklər kimi heç bir uğur qazanmadan dağılacaq".

Anar
AzNews.az
Bağla X